Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsində üç medalla təltif olunan istedadlı rəssam - REPORTAJ - VİDEO - FOTO

Vətən müharibəsində üç medalla təltif olunan istedadlı rəssam - REPORTAJ - VİDEO - FOTO

Tarix: 21 Mart 2022 20:16

Xaçmazlı gənc rəssam Cavidan Rəhmətovun 100-dən çox əl işi var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cavidan uşaq yaşlarından rəssamlığa böyük maraq göstərib. Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbinin yetirməsi artıq altı ildir peşəkar rəssam kimi fəaliyyət göstərir.

İyirmi iki yaşlı gənc daha çox portret janrında əsərlər çəkməyə üstünlük verir. Onun kağız və kətan üzərində çəkdiyi əl işləri böyük maraqla qarşılanır. Rəsmləri rayon və Respublika səviyyəli müsabiqələrin qalibi seçilib.

Cavidan 44 günlük Vətən müharibəsində fırçasını silahla əvəzləyərək torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin fəal iştirakçısı olan xaçmazlı gənc üç medalla təltif olunub.

Müharibə iştirakçısı olması onun yaradıcılığına da təsirsiz ötüşməyib. İndi o, əsərlərində vətənpərvərlik mövzusuna xüsusi yer ayırır. Bütün xaçmazlı şəhidlərin portretlərini çəkən gənc rəssam bu əsərləri sərgiləməyi düşünür.

Müxtəlif səthlərdə çəkdiyi böyükhəcmli rəsmləri də diqqət çəkir. Onun Xaçmazda şəhidlərin xatirəsinə tikilən bulaq kompleksinin divarlarında təsvir etdiyi şanlı Qələbəni tərənnüm edən əsər böyük rəğbətlə qarşılanıb.

Cavidan Rəhmətov Xaçmazda rəssamlıq kursları təşkil edib. Burada uşaq və yeniyetmələrə rəssamlığın sirləri öyrədilir.

Milli.Az


Etiketlər:  Vətən müharibəsində üç medalla təltif olunan istedadlı rəssam REPORTAJ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ