Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 10:45
Xankəndi yenidən qazsız qalıb.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Qarabağdakı separatçılar Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin rəhbərliyinə müraciət edərək Azərbaycan Silahlı Qüvvələri ilə əlaqə saxlanmasını istəyiblər.
Onlar Xankəndinin təbii qazla təminatında yaranmış problemin aradan qaldırılmasında Azərbaycan hərbçilərindən yardım göstərilməsini xahiş edirlər.
"Arsaxqaz" Qapalı Səhmdar Cəmiyyəti "qaz boru kəmərinin təmiri və yoxlanması ilə bağlı işlər tam başa çatdırılıb" bəyanatı verərək qarabağlı ermənilər arasındakı abonentlərin tam yarısının evlərində təbii qaz olduğunu vurğulasa da, belə deyil.
Ermənistandan Xankəndinə gedən qaz boru kəmərində baş vermiş qəza hələ də aradan qaldırılmayıb, kəmər təmir olunmayıb.