Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 12:08
Ukraynalı müğənni İvan Dorna Rusiya və Belarusiyadakı dinləyiciləri üçün musiqi kataloqunu bağlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı teleqram kanalında məlumat yayıb. Hazırda İvanın mahnıları Spotify və "Яндекс.Музыка"dan silinib.
Bundan əvvəl Dorna müəyyən vaxta qədər rusiyalı musiqiçilərlə çalışmağı dayandırmışdı. O, bu addımı Rusiyanın Ukraynaya hərbi hücumuna görə atdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl İvan Rusiyanın Ukraynaya hücumunu pisləyən paylaşım etmişdi.