Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 12:50
Gürcüstanda açıq havada tibbi maska istifadəsi tələbi ləğv edilir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq qərar Gürcüstan Qururmlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.
Bildirilib ki, martın 28-dən tibbi maskadan istifadə tələbi ləğv ediləcək və bu, sadəcə, tövsiyə xarakteri daşıyacaq.
Qapalı məkanlarda və ictimai nəqliyyatda isə tibbi maska istifadəsi saxlanılacaq.
Eyni qərarla iaşə obyektlərində, idman zallarında, incəsənət qalereyaları və digər mərasimlərin keçirildiyi məkanlarda say məhdudiyyəti götürülüb.
Distant fəaliyyət göstərən müəssisələrin işçilərinin iş yerlərinə qayıtmasına icazə verilib. Xaricdən qayıdan və PZR testi olmayan Gürcüstan vətəndaşlarının fərdi izolyasiya qaydası ləğv edilib.