Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı

İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı

Tarix: 10 Sentyabr 2019 13:51

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətinin Zabol rayonunda ötən gün küləyin sürəti saatda 101 kilometrə çatıb.

Trend-in məlumatına görə, kəskin hava şəraiti ilə bağlı xəbəri İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun direktoru Mahmud Diyanəti rəsmi təsdiqləyib. M.Diyanətinin sözlərinə görə, güclü külək bölgədə qum qasırğasına da səbəb olub.

Büro direktoru əlavə edib ki, hazırda rayonda hava tozlu, görüntü zəifdir, xüsusən də aeroportun işində problem yaradır.

Büro rəsmisi proqnozlara əsasən, hava şəraitinin həftə sonuna qədər bu cür davam edəcəyini deyib.


Etiketlər:  İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ