Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cavanşir Məmmədov kimi 18 maşınım yoxdur''

''Cavanşir Məmmədov kimi 18 maşınım yoxdur''

Tarix: 22 Mart 2022 17:40

Rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" proqramında qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişdə sənətçiyə avtomobilinin qiyməti ilə bağlı sual ünvanlayıb. 

"Kasıbın olanından. Cavanşir müəllim (Əməkdar artist Cavanşir Məmmədov - red.) kimi 18 maşınım yoxdur. Bir maşınımı yandırdım, bütün gözlər onla getdi. Maşını pis sürürəm, baxmıram. Günü-gündən qiyməti düşür. 56 min dollara almışdım. İndi 22 min dollara onu alsalar şükür edərəm" deyə, Fatimə söyləyib.

Verilişdə yer alan Əməkdar artist Cavanşir Məmmədov ona "Mən də maşında xeyli ziyan etmişəm. Maşının pisi yoxdur, ona baxmaq lazımdır. Evi gündə təmizləməyəndə necə toz olur, o da elə. Kişini yaxşı saxlayar yaxşı arvar, at və bir balaca pul. Çox olanda cızığından çıxır: ikinci, üçüncü maşın alır" cavabını verib.

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədov kimi maşınım yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ