Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvana uçan təyyarə ilə bağlı NAMƏLUM ZƏNG

İrəvana uçan təyyarə ilə bağlı NAMƏLUM ZƏNG

Tarix: 22 Mart 2022 19:20

Moskvadan İrəvana uçan və təyinat yerinə çatmalı olan təyyarədə naməlum şəxs bomba təhlükəsi olduğunu bildirib.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. "Şeremetyevo hava limanına Moskva-Yerevan reysi ilə uçan təyyarənin təyinat aeroportuna çatması ilə bağlı anonim məlumat daxil olub. Hazırda yoxlama aparılır", - mənbə bildirib.

Onun sözlərinə görə, Şeremetyevo hava limanı normal rejimdə işləyir.

Qeyd edək ki, ötən həftə də Moskva-İrəvan reysi ilə uçan təyyarədə bomba həyəcanı yaşanmışdı.


Etiketlər:  İrəvana uçan təyyarə ilə bağlı NAMƏLUM ZƏNG


RƏYLƏR