Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ulduzların Rusiyadan getməsini dramatikləşdirməyə ehtiyac yoxdur"

Tarix: 23 Mart 2022 18:30

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin hazırki vəziyyətdə ulduzların ölkəni tərk etməsinə münasibəti ilə bağlı sualı cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun sözlərinə görə, bu halı həddindən artıq dramatikləşdirməyə ehtiyac yoxdur:

"Bu, əsas məsələ bu deyil. Razılaşın ki, ölkədən ayrılmış ulduzlar ümumi havanı dəyişdirə bilməz. Rusiya istedadlarla, ulduzlarla zəngindir və bir ulduzun, hətta bir neçəsinin getməsini həddindən artıq dramatikləşdirməyə ehtiyac yoxdur. Sənət adamları sənəti insanlara çatdırmalıdır. Mənə elə gəlir ki, onlar tariximizin belə çətin anında əllərindən gələnin ən yaxşısını edə bilərlər".

Qeyd edək ki, fevralın 24-dən etibarən Ukraynaya qarşı aparılan əmiliyyatlara etiraz əlaməti olaraq Rusiyanın bir çox tanınmış siması - Mixail Barışnikov, Zemfira, Olqa Smirnova, reper "Face" (əsl adı - İvan Dryomin), Alla Puqaçova, Maksim Qalkin, Valeri Leontyev və s. ölkəni tərk edib.

Milli.Az


Etiketlər:  Ulduzların Rusiyadan getməsini dramatikləşdirməyə ehtiyac yoxdur


RƏYLƏR