Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conson daha 6 min raket və 25 milyon funt göndərir

Conson daha 6 min raket və 25 milyon funt göndərir

Tarix: 24 Mart 2022 10:02

Böyük Britaniya Ukraynanın hərbi ehtiyacları üçün daha 25 milyon funt sterlinq ayırıb və əlavə olaraq 6 min raket göndərir. Bu barədə baş nazir Boris Conson bəyan edib.

Milli.Az bildirir ki, onun bəyanatı hökumətin saytında yerləşdirilib.

"Ukraynaya növbəti dəstək tədbirlərinə 6 min tank əleyhinə və fuqas raketləri daxildir, habelə Ukrayna ordusunun ehtiyacları üçün 25 milyon funt sterlinq maliyyə dəstəyi göstəriləcək",-məlumatda bildirilir.

Boris Consonun bu bəyanatı Brüsseldə bu gün martın 24-də keçiriləcək NATO sammiti ərəfəsində verilib. Sammitdə Ukraynaya hərbi dəstəyin artırılması müzakirə olunacaq. O cümlədən alyans liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcəklər. Sammit ərəfəsində Boris Conson müttəfiqləri Ukraynanın Rusiya təcavüzünə qarşı özünü müdafiə edə bilməsi üçün zəruri vasitələrlə təmin etməyə çağırır.Bu gün NATO sammiti ilə eyni vaxtda Brüsseldə G7 ölkələrinin də liderlərinin toplantısı olacaq. Mövzu Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və Ukraynaya hərbi dəstək məsələləridir.

Milli.Az


Etiketlər:  Conson daha 6 min raket 25 milyon funt göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ