Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya Şimali Koreyanın ballistik raket atdığını iddia edir

Yaponiya Şimali Koreyanın ballistik raket atdığını iddia edir

Tarix: 24 Mart 2022 11:54

Şimali Koreya cümə axşamı Yapon dənizinə ballistik raket kimi görünən raket atıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, balıqçı gəmilərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib, həmçinin raket qalıqları aşkar edilərsə, onlara yaxınlaşmamalıdırlar.

Qeyd edək ki, Cənubi Koreya ordusu da Şimali Koreyanın naməlum mərmi atdığını bildirib.

Milli.Az


Etiketlər:  Yaponiya Şimali Koreyanın ballistik raket atdığını iddia edir


RƏYLƏR