Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 16:44
Millimizin futbolçusu Riçard Almeyda zədələnib.
Qol.az xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsinin 5-ci turunda Uelslə səfər oyununda (1:2) sıradan çıxıb. Məhz bu səbəbdən 30 yaşlı yarımmüdafiəçi dünən Xorvatiya ilə matçda (1:1) meydana çıxmayıb. Onun adı sifariş ərizəsinə salınsa da, sona kimi ehtiyatda qalıb.
Sentyabrın 6-ı keçirilən Uelslə qarşılaşmadan sonra həkimlərin qoyduğu diaqnoza görə, Almeyda ən azı bir həftədən sonra fərdi məşqlərə başlaya bilər. Bu isə deməkdir ki, "Qarabağ"ın futbolçusunun Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi" (15 sentyabr) və Avroliqanın qrup mərhələsinin ilk turunda "Sevilya" (19 sentyabr) ilə oyunları buraxması mümkündür.