Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şoyqu Ermənistanın müdafiə naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Şoyqu Ermənistanın müdafiə naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Tarix: 24 Mart 2022 23:18

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla telefon danışığı aparıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Günün ikinci yarısında Şoyqu Prezident Vladimir Putinə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edib. Hesabat Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı oxunub.


Etiketlər:  Şoyqu Ermənistanın müdafiə naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ