Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 11:14
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının xeyli azalması, sağalanların isə artması karantin rejimi çərçivəsində tətbiq edilən bir sıra qaydaların aradan qaldırılmasını gündəmə gətirir. Artıq bir sıra ölkələrdə COVID-19 pasportu tələbinin ləğv edilməsi Azərbaycanda da bunun mümkünlüyünü aktuallaşdırır.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, inkişaf etmiş bəzi ölkələr karantin rejiminin ləğv edilməsi barədə qərarlar qəbul edirlər. COVID-19 pasportu ilə bağlı tətbiq edilən tələblər də aradan qaldırılır.
Mövzuya münasibət bildirən millət vəkili Naqif Həmzəyev deyir ki, son günlər ölkəmizdə də koronavirusa yoluxanların sayının kəskin azalmasının müşahidə edilməsi COVID-19 pasportunun ləğvini gündəmə gətirir. Onun sözlərinə görə, ölkəmizdə vaksinasiya səviyyəsinin yüksək olması da epidemioloji vəziyyət xeyli yaxşılaşdırıb.
Millət vəkili hesab edir ki, PCR test tələbinin götürülməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər.
Millət vəkili əlavə edib ki, qapalı məkanlarda tibbi maskalardan istifadə tələbinin də aradan qaldırılması nəzərdən keçirilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: