Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 11:24
Bakıda qaydaları kütləvi olaraq kobud şəkildə pozan sürücülər kameraya düşüb.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bununla bağlı görüntülər yayılıb.
Tıxac olduğunu görən sürücülər piyadaların keçidi üçün nəzərdə tutulmuş beton arakəsmənin üzərindən keçərək intensivliyin az olduğu əks istiqamətli yola çıxıblar.
Ətrafda yaşayanlar şifahi olaraq bildirdilər ki, günün pik saatlarında yolda sıxlıq olan kimi bəzi sürücülər həmin ərazidə qaydanı pozurlar.
Kadrlardan da aydın olur ki, öz yolu ilə hərəkət edən sürücülər məcbur qalıb qayda pozanlara yol verirlər. Bu həm də yolda süni sıxlığa səbəb olur.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həmin sürücülər barəsində ciddi tədbir görüləcək.
Araz Əsgərli deyir ki, ərazidə olan müşahidə kameralarına baxış keçiriləcək, əks yola çıxan sürücülərin hər biri inzibati qayda cərimə olunacaq. ''Yolda tıxacın olması sürücülərə qayda pozuntusu törətməyə əsas vermir'',-deyə Araz Əsgərli əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: