Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röyaya təsbeh və nərd hədiyyə etdilər

Röyaya təsbeh və nərd hədiyyə etdilər

Tarix: 25 Mart 2022 12:25

Müğənni Röya Ayxana maraqlı hədiyyələr bağışlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xalq artisti dostu tərəfindən göndərilən hədiyyələri "Instagram" hesabında paylaşıb.

Hədiyyələr ayaqları "R" formasında olan nərd masası və nərd, həmçinin təsbehdir. Hər iki hədiyyə əl işidir. Nərdin zərləri də fərqlidir. 

Röya Ayxanın sözlərinə görə, bundan sonra onlarda nərd oynamaq istəyənlərin şeş-qoşası "R" olacaq. Çünki zərin üzərində "6" xallıq göstəricinin yerində müğənninin adının baş hərfi, "R" yazılıb. Təsbehdəki səkkizguşəli ulduzun mərkəzində də "R" hərfi qeyd edilib.

Milli.Az


Etiketlər:  Röyaya təsbeh nərd hədiyyə etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ