Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya səfirliyi “La Stampa” qəzetini məhkəməyə verib

Rusiya səfirliyi “La Stampa” qəzetini məhkəməyə verib

Tarix: 25 Mart 2022 22:16

Rusiyanın İtaliyadakı səfirliyi "La Stampa" qəzetini məhkəməyə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, buna səbəb hərbi jurnalist Domeniko Kuirikonun Rusiya prezidenti ilə bağlı məqaləsi olub.

Ukraynadan söhbət açan məqalə müəllifi qeyd edib ki, hərbi müdaxilə istisnadır, diplomatik cəhdlər səmərəsizdir: "Çıxış yolu Çarı öz yaxınlarının əli ilə öldürməkdir. Bayden, NATO və Avropanın bir nömrəli planı budur: Moskvada kimsə Putini öldürsün və canımız bu ağır yükdən qurtarsın".

Səfir Sergey Razov məqalənin jurnalistika prinsiplərindən uzaq olduğunu iddia edib.


Etiketlər:  Rusiya səfirliyi Stampa qəzetini məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ