Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 09:02
ABŞ BMT Təhlükəsizlik Şurasına Pxenyan tərəfindən qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar KXDR-ə qarşı sanksiyalar rejiminin gücləndirilməsi məsələsinə baxmağı təklif edəcək.
Bu barədə cümə günü Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
Onun sözlərinə görə, TŞ dərhal Şimali Koreya tərəfindən həyata keçirilmiş buraxılışa cavab verməlidir. Diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurası raket buraxılışını "yekdilliklə" pisləməlidir.
"BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, biz sanksiyalar rejimini yeniləmək və genişləndirmək üçün qətnamə təqdim edəcəyik", - ABŞ nümayəndəsi əlavə edib.