Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qüvvələri Ukraynada şəhər döyüşlərindən niyə çəkinir? - Britaniya kəşfiyyatı

Rusiya qüvvələri Ukraynada şəhər döyüşlərindən niyə çəkinir? - Britaniya kəşfiyyatı

Tarix: 26 Mart 2022 10:52

Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolun mühasirəsini davam etdirir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri genişmiqyaslı şəhər döyüşlərindən iştirak etməkdən çəkinir, əksinə, Ukraynanın müdafiə qüvvələrini ruhdan salmaq üçün mülki infrastrukturlara fərq qoymadan hava və artilleriya zərbələrindən istifadə etməyə üstünlük verir.

"Çox güman ki, Rusiya şəhər ərazilərində ağır atəş gücündən istifadə etməyə davam edəcək. Bununla o daha çox mülki insanın ölümü bahasına özünün çoxsaylı itkilərini məhdudlaşdırmaq istəyir", məlumatda qeyd olunub.


Etiketlər:  Rusiya qüvvələri Ukraynada şəhər döyüşlərindən niyə çəkinir Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ