Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?

Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?

Tarix: 27 Mart 2022 12:48

Almaniyanın Bonn və Erlangen-Nürnberq universitetlərinin alimləri belə qənaətə gəliblər ki, inək südü dağınıq sklerozun gedişatını ağırlaşdıra bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tədqiqatlar inək südündə olan kazein zülalının sinir hüceyrələrinin xarici təbəqəsində pozğunluqlara səbəb ola biləcəyini müəyyən edib. Bu effekti yoxlamaq üçün siçanlara yüksək dozada kazein verilib ki, bu da heyvanlarda nevroloji pozğunluqlara səbəb olub.

Qeyd olunub ki, bu təsir yalnız dağınıq sklerozlu və kazeinə allergiyası olan xəstələrdə özünü göstərir. Sağlam insanlarda isə süd ancaq allergiyanın olması halında xəstəliyin inkişaf riskini artıra bilər.


Etiketlər:  Hansı məhsul dağınıq sklerozu şiddətləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ