Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 16:08
Rusiya ordusu Kiyev vilayətindəki Çernobıl AES-in "sputnik-şəhəri" Slavutiçini ələ keçirib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı şəhərin meri Yuri Fomiçev yayıb.
"Şəhərdə qalan hər kəs Ukrayna bayrağı ilə küçələrə çıxaraq, "Slavutiç Ukraynadır" deyir. Bildirirlər ki, bizə başqa heç kim lazım deyil, çünki bura bizim torpaqdır. Bu gün də Slavutiç Ukrayna şəhəri olaraq qalır - Ukrayna bayrağı, Ukrayna hakimiyyəti, Ukrayna Konstitusiyası, öz etik qanunları ilə", - mer bildirib.
O, həmçinin 3 dinc sakinin ölümünü təsdiqləyib.