Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusu məhv edən məhsullar

Koronavirusu məhv edən məhsullar

Tarix: 27 Mart 2022 19:36

İnsanları koronavirusa yoluxmaqdan qoruyan məhsulların adları açıqlanıb.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, bu barədə Fransanın Monpelye Universitetinin tədqiqat qrupu araşdırma aparıb.

Tədqiqatçıların verdiyi məlumata görə, koronavirusu məhv edən əsas məhsul kələmdir.

Alimlər koronavirusdan ölüm nisbətinin aşağı olduğu ölkələrdə müxtəlif növ kələmlərdən daha çox istifadə edildiyini aşkarlayıblar. Məsələn, Almaniya və Cənubi Koreyada COVID-19-dan ölüm nisbətən az olub.

Kələmlə yanaşı, kartofun da koronavirusla mübarizədə təsirli gücə malik olduğu bildirilib. Belə ki, kartofda bədənin patogenlərə qarşı müdafiəsini gücləndirən antioksidantlar var.

Qeyd edək ki, daha əvvəl İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner və dietoloq Aleksandro Kanovas ağciyərləri koronavirusdan qorumağa kömək edən ərzaqların adlarını açıqlamışdı.

A.Kanovasun sözlərinə görə, yumurta, düyü, mavi balıq və qoz tənəffüs sistemini gücləndirməyə kömək edir.

E.Çiner isə bildirib ki, ağciyərlərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə, yumurtalarda A vitamini kimi yağda həll olunan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var.

Milli.Az


Etiketlər:  Koronavirusu məhv edən məhsullar


RƏYLƏR