Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Ukraynada Koreya ssenarisi tətbiq edəcək - Budanov

Putin Ukraynada Koreya ssenarisi tətbiq edəcək - Budanov

Tarix: 28 Mart 2022 06:38

Rusiya Ukraynaya Koreya ssenarisini tətbiq etməyə və bütün ələ keçirdiyi əraziləri vahid kvazi-dövlət qurumunda birləşdirməyə çalışacaq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Budanov deyib.

"Kiyev yaxınlığındakı uğursuzluqlardan və Ukraynanın mərkəzi hökumətini devirmək mümkün olmayandan sonra Putin artıq əsas əməliyyat istiqamətlərini cənub və şərqə doğru dəyişir. Onun Ukrayna üçün Koreya ssenarisini nəzərdən keçirdiyini düşünməyə əsas var. Yəni ölkəmizin ələ keçirilən rayonları arasında xətt tətbiq etməyə çalışacaq. Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir", - Budanov bildirib.


Etiketlər:  Putin Ukraynada Koreya ssenarisi tətbiq edəcək Budanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ