Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 21:10
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Kuleba "Twitter" hesabında bildirib.
"Türkiyə XİN başçısı Çabuşoğlu ilə telefon danışığımız oldu. Ukrayna və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Ümid edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bu danışıqlar Ukraynada sülhün və təhlükəsizliyimizin maraqlarına xidmət edən nəticələr verəcək", - deyə Kuleba bildirib.