Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin yayılmasını təmin edən zülallar kəşf edildi

Xərçəngin yayılmasını təmin edən zülallar kəşf edildi

Tarix: 29 Mart 2022 01:03

Xərçəngin yayılmasını təmin edən zülallar kəşf edildiAlimlər xərçəng hüceyrələrinin yayılmasında rol oynayan zülalları kəşf etdi. Bu kəşflə xərçəng hüceyrələrinin yayılmasını dayandıracaq dərmanlar hazırlana bilər.

Xərçəng ilkin mərhələdə şiş olan bölgədən başqa orqan və toxumalara sıçramağa başlayanda metastatik olaraq adlandırılır və metastatik xərçəngli xəstələrin şişlərini idarə altına almaq olduqca çətindir. Bəs, yayılan xərçəngləri dayandırmaq mümkün ola bilərmi?

Havai Universitetinin Xərçəng Mərkəzindən araşdırmaçılar, xərçəng hüceyrələrinin şişdən əvvəl başqa orqanlara yayılmasını dayandıra biləcək və şiş alındığında həm metastaz meydana gəlməsini, həm də yenidən təkrarlama riskini azalda biləcək yeni bir mexanizm kəşf etdi.

PNAS jurnalında dərc olunan işdə, hüceyrə çoxalması və fərqliləşməsi üzərində təsirli olan onkogenlər üzərində işləyən qrup, onkogen fəaliyyətinin artmasında rol oynayan mutasiyaya uğramış bir qrup zülal kəşf etdi.

Onkogenlərin normal hüceyrə çoxalması müddətinin xərçəngə çevrilməsində RSK2 adlı bir zülalın rol oynadığı məlumatını verən araşdırmaçılar, bu zülalın başqa formalardakı LARG və Rhoa zülallarını da hərəkətə keçirərək xərçəngli hüceyrələrin yayılmasını sürətləndirdiyini tapdı. Araşdırmaçılar, metastatik xərçəngdə rol oynayan bu zülalların kəşfinin, yayılmağı dayandırmaq üçün inkişaf etdiriləcək dərmanlarda yol göstərə biləcəyini ifadə etdi.


Etiketlər:  Xərçəngin yayılmasını təmin edən zülallar kəşf edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ