Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 08:28
Martın 28-i axşam saatlarında Braziliya prezidenti Jair Bolsonaro qarın nahiyəsində baş verən ağrı səbəbindən tədqiqat üçün paytaxtın hərbi xəstəxanasına aparılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hazırda Bolsonaro reflü xəstəliyi və mədə problemləri ilə əlaqədar administrasiyanın həkimləri tərəfindən müayinə olunur.
Braziliya rəhbərinin həyat yoldaşı Mişel Bolsonaro hadisədən sonra "Allaha şükür, onunla hər şey qaydasındadır",-deyib.