Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ''qaz ultimatumu'' verdi

Rusiya ''qaz ultimatumu'' verdi

Tarix: 29 Mart 2022 08:34

"Avropa İttifaqı(Aİ) mavi yanacağın qiymətini rublla ödəməkdən imtina edərsə, Rusiya qazı verməyəcək".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz xeyriyyəçiliklə məşğul deyilik. Qazı Avropaya pulsuz vermək niyyətimiz yoxdur", - deyə Peskov PBS telekanalına müsahibəsində deyib.
Aparıcının qazın pulunu ödəməyənlər üçün yanacağın kəsilib-kəsilməyəcəyi ilə bağlı sualına isə Peskov "ödəniş yoxdursa qaz da yoxdur" cavabını verib.
Eyni zamanda o, qazın pulunu rublla ödəməkdən imtinaya necə reaksiya veriləcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.

Milli.Az


Etiketlər:  Rusiya ultimatumu verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ