Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Podolyak Rusiya ilə danışıqlar haqqında

Podolyak Rusiya ilə danışıqlar haqqında

Tarix: 29 Mart 2022 13:54

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda İstanbulda Rusiya ilə bir sıra mühüm məsələlər üzrə intensiv məsləhətləşmələr davam edir.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə İstanbulda keçirdiyi brifinqdə bildirib.

"İndi bir neçə mühüm məsələ üzrə intensiv məsləhətləşmələr aparılır. Əsas Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır və yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik", - o deyib.

Podolyakın sözlərinə görə, hazırda nümayəndə heyətlərinin müzakirə etdiyi məsələlərin ikinci bloku toplanmış bütün humanitar problemlərin həll olunması üçün atəşkəsdir.

"Və bu gün daha da böyüyən başqa bir problem var - bu, təkcə döyüş meydanlarında deyil, müharibənin qızışması, nifrətin artması, döyüş adət-ənənələrinin və qaydalarının pozulmasının artması problemidir. Biz bəzən canlı efirdə çağırışlar eşidirik ki, bu və ya digər millət məhv edilməlidir, bu da münaqişələrə, hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasının necə pozulduğunu əks etdirən videoyazılara səbəb olur", - Podolyak bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Podolyak Rusiya ilə danışıqlar haqqında


RƏYLƏR