Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İçərişəhərdəki konsertdə oxuyan mən deyiləm”

“İçərişəhərdəki konsertdə oxuyan mən deyiləm”

Tarix: 29 Mart 2022 16:50

Müğənni Türkan Vəlizadə ilk dəfə mahnısını tənqid edən Əməkdar artist Sevda Ələkbərzadə ilə bağlı açıqlama verib. 

Sonxeber.net xəbər verir ki, İfaçı bu barədə olay-a danışıb. Sənətçi deyib ki, İçərişəhərdəki konsertdə "Ağlıma bir ad gəlir" mahnısını o, ifa etməyib:

"Düzü, bu mövzu barədə danışmaq istəmirəm. Amma onu deyim ki, bu il İçərişəhərdəki konsertdə olmamışam. Mahnı mənimdir, amma, onu ifa edən mən deyiləm, ola bilər ki, kimsə "minus"u səsləndirib. Səsindən də görünür ki, ifaçı uşaqdır. Ya da heç kim olmayıb, sadəcə mahnını səsləndiriblər.

Başqa iştirak etdiyim tədbirlərdə də Azərbaycana aid mahnı səsləndirmişəm. Toy mahnılarım ayrıdır, dövlət tədbirlərində səsləndirdiklərim ayrı. Belə yerlərdə vətənpərvər mahnılar səsləndirirəm.

Sosial şəbəkələrdə də yazırlar ki, Sevda Ələkbərzadə düz deyir, konsertdə bu, nə mahnıdır oxumusuz?! Mən o konsertdə çıxış etməmişəm. Harada necə oxumaq lazımdır yaxşı bilirəm. Təbii ki, dövlət konsertində toy mahnısı oxumaram. Qaldı ki, elə mahnıları tək mən ifa etməmişəm ki, neçə-neçə sənətçilər, sənətkarlar  oxuyub. Hazırda da eyni tərzdə mahnıları ifa edirlər. Qeyri-adi bir şey oxumamışam ki?! Yaxud biabırçı şeylər etmirəm ki... Toy mahnısıdır da... 

Rəy yazanlar da haqsızlıq edir, əvvəl insan öyrənməlidir o tədbirdə oxuyan mənəm, ya deyiləm! 

Sevda Ələkbərzadə sənətkardır, sənətkar kimi fikrini bildirib, özünə də sənətinə də böyük hörmətim var, lakin orada mahnımın səsləndirilməsi mənim günahım deyil. Mahnımı dinləmək istəyiblər, səsləndiriblər".

Qeyd edək ki, S. Ələkbərzadə İçərişəhərdə keçirilən konsertin videosuni paylaşmış, "İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?" - deyə bildirmişdi.


Etiketlər:  İçərişəhərdəki konsertdə oxuyan mən deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ