Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lobodanın İnstaqram səhifəsi bloklandı

Lobodanın İnstaqram səhifəsi bloklandı

Tarix: 29 Mart 2022 20:12

Ukraynanın Əməkdar artisti Svetlana Loboda telegram kanalında İnstaqram səhifəsinin bloklandığını bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, pərəstişkarlarına müraciət edən müğənni hər kəs üçün çətin günlər olduğunu qeyd edir və bunları vurğulayır: "Bu gün Ukraynada müharibə gedir, hər bir insanın daxilində də müharibə gedir. Müharibə ən vacib şeyi odur ki, insanların həyatını alır. Amma insanlığımızı itirməməliyik, çünki sevgi ölümə qalib gəlir".

İfaçı hər zaman orada olacağını, əlindən gələni edəcəyini, lazım olan yerdə köməklik göstərəcəyini bəyan edir: "Bunun nə qədər çətin olduğunu bilirəm. Biz bilinməyənlərlə, çoxları evlərimizi və yaxınlarımızı itirməklə üzləşməli olduq. Və bu dəhşətli zamanda, həmişəkindən daha çox özümüzə olan inamı saxlamalıyıq.

Dəstəyinizə görə sizə minnətdaram və bilmənizi istəyirəm ki, həyatımın hər dəqiqəsi sizi xatırlayıram və bilirəm ki, qarşıda bizi daha çox xoşbəxt günlər gözləyir".

Milli.Az


Etiketlər:  Lobodanın İnstaqram səhifəsi bloklandı


RƏYLƏR