Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 21:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşıb. AVRO-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini dörd gün öncə Estoniya üzərində qazanan yığmamız "Bakcell Arena"da baş tutan matçda daha güclü rəqibinə boyun əyib. Milan Obradoviçin yetirmələri doğma arenasında Belarusa 1:3 hesabı ilə yenilib.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə şansını itirib.
U-21-lər arasında yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan - Belarus - 1:3
Qollar: Rüfət Abdullazadə, 84 - İlya Vasileviç, 22, Oleq Nikifarenka, 37, Dmitri Latikou, 88
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. "Bakcell Arena"