Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boris Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istədiyini bildirib

Boris Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istədiyini bildirib

Tarix: 30 Mart 2022 12:56

Boris Conson hökumət üzvlərinə Ukraynaya daha "ölümcül" silahlarla yardım etmək istədiyini deyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə nüfuzlu "Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Boris Conson Londonun Kiyevi hansı silahlarla təmin edə biləcəyini bildirməyib.

Müdafiə Nazirliyi dairələrindəki mənbə qəzetə bildirib ki, Ukraynaya ağır artilleriya da daxil olmaqla, uzaq mənzilli atəş vasitələri lazımdır.

Qəzet yazır ki, belə silahlar əlavə təlim tələb edəcək, Britaniya hökuməti isə eskalasiyadan çəkinir.


Etiketlər:  Boris Conson Ukraynaya daha ölümcül silahlar vermək istədiyini bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ