Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 16:25
Türkiyəli aktyor Müfit Can Saçıntı evliliklə bağlı etdiyi açıqlamasıyla gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu ay 22 illik evliliyini sonlandıran aktyor sözləri ilə sosial şəbəkədə xeyli müzakirə olunub. O, "Bir bankda 20 il keçdikdən sonra təqaüdə çıxırsan. Məncə evlilikdə də pensiyaya çıxmaq lazımdır" söyləyib.
Sosial şəbəkədə izləyicilərin bəziləri onun məntiqli düşündüyünü, digərləri isə doğru fikirdə olmadığını qeyd ediblər.
Qeyd edək ki, ikili 2000-ci ildə evlənib. 2005-ci ildə isə bir qızları olub.