Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 17:35
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni İlahə İbadova olub.
Sonxeber.net xəbər verir ki, İlahə İbadova küsülü olduğu atasından danışıb:
"Düşünməyin ki, uşaqlarınız böyüyüb, özü sizi tapacaq, elə bir qanun yoxdur. Uşaqlarınıza uşaq yaşlarından sevgi bəxş etməsəniz, gözləməyin ki, onlar böyüyəndən sonra sizə sevgi verib, sizinlə barışacaq".
Daha sonra müğənninin küsülü olduğu atası ilə telefon əlaqəsi yaradılıb. Telefon zənginə aqressiv cavab verən ata "Mənim əsəblərimlə oynamayın, qızımla arama girməyin" deyərək telefon zəngini yekunlaşdırıb.