Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 18:50
Türkiyənin TV8 kanalında yayımlanan "Survivor All Star" yarışmasında ötən gün birləşmə partisi keçirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecədə keçirilən mahnı müsabiqəsində Azərbaycan mahnıları səsləndirilib. Yarışmada iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Yandırdın qəlbimi" mahnısını, Berkan isə "Ayrılıq" əsərini oxuyub.
Mahnı müsabiqəsində ən çox xal qazanaraq qalib olan isə Gizem Memiç olub.
Birləşmə partisinə xüsusi qonaq kimi isə türkiyəli müğənni Edis təşrif buyurub.