Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 21:00
Hidrometeoroloji Proqnozlar Bürosu bu gün üçün havanın əsasən yağmursuz və küləkli keçəcəyini, 6-12 dərəcə isti olacağını bildirsə də, mobil telefonların əksəriyyətində havanın buludlu, bəzilərində isə günəşli olacağı göstərilib. Temperatura gəlincə isə, bu, hər telefonda fərqli rəqəmlərlə öz əksini tapıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu məsələyə münasibət bildirən Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, müxtəlif elektron qurğularda və telefonlardakı hava proqnozlarını yerli hidrometeoroloqlar hazırlamırlar.
İnformasiya texnologiyaları mütəxəssisi Rəşad Əliyev isə hesab edir ki, telefon şirkətlərinə hər ölkənin yerli proqnozlar birosundan hava məlumatını satın almaq maliyyə baxımından sərf eləmir. Onlar vahid bir baza üzərindən bu məlumatları əldə edirlər.
Ekspertin sözlərinə görə, həmin sistemlər ölkələr üzrə hava proqnozunu təxmini hesablamalar əsasında yayımlayırlar. Ona görə də bu proqnozların dəqiqlik payı az olur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: