Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiya Kiyev ətrafındakı qüvvələrinin 20 faizini geri çəkib” - Pentaqon

“Rusiya Kiyev ətrafındakı qüvvələrinin 20 faizini geri çəkib” - Pentaqon

Tarix: 31 Mart 2022 08:12

Rusiya son 24 saat ərzində Ukraynanın paytaxtı Kiyevin şimalındakı qüvvələrinin 20 faizini digər bölgələrə çəkib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi bildirib.

O, Kiyev ətrafında yerləşdirilən Rusiyanın bəzi qüvvələrinin Belarusa doğru geri çəkildiyini deyib: "Son 24 saat ərzində biz Rusiyanın Kiyev ətrafında yerləşdirilən qoşunlarının və taktiki batalyonlarının kiçik bir hissəsinin yerdəyişməsinə başladığını gördük".

Pentaqon sözçüsü qeyd edib ki, çıxarılan qüvvələr bazalarına qayıtmayıb:

"Ruslar gərginliyin azaldılması mövzusunda səmimidirlərsə, geri çəkilən əsgərləri öz qarnizonlarına göndərər. Amma bunu etmirlər".

Sözçü əsgərlərin 20 faizinin Qostomel yaxınlığından geri çəkildiyini bildirib. O, həmçinin, bəzi rus qüvvələrinin Çernobıl yaxınlığından çəkilməyə başladığını gördüklərini də qeyd edib.

Kirbi Rusiya ordusunun Rusiya Prezidenti Vladimir Putini hərbi əməliyyatlarla bağlı çaşdırdığı iddiasına da cavab verib. Bildirib ki, bu iddialarla razılaşırlar, lakin kəşfiyyat detallarını açmaq istəmirlər.


Etiketlər:  Rusiya Kiyev ətrafındakı qüvvələrinin faizini geri çəkib Pentaqon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ