Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hospitalda qazilərdən rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır

Hospitalda qazilərdən rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır

Tarix: 31 Mart 2022 08:34

Ötən ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun və Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin məhkəməsi başlayır.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Hazırlıq iclası aprelin 4-ü, saat 10:00-a təyin edilib.

Qeyd edək ki, Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev isə 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilirlər. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Hospitalda qazilərdən rüşvət alan vəzifəli şəxslərin məhkəməsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ