Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 13:25
Türkiyəli məşhur müğənni Ebru Yaşarın təxminən 3 ay əvvəl baş verən uğursuz qəzadan sonra diz qapağı sınıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, təcili əməliyyata alınan sənətçi daha sonra fiziki müalicəyə başlayıb.
Məlumata görə, ağrıları zaman-zaman şiddətlənən Ebru Yaşar ilk əməliyyatında dizinin müalicəsində çəkilmiş naqillərin çıxarılması üçün həkiminin tövsiyəsi ilə yenidən özəl xəstəxanada əməliyyat olunub. Uğurlu sənətçinin səhhətinin yaxşı olduğu bildirilir.