Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada iqtisadi tənəzzül gözlənilir

Rusiyada iqtisadi tənəzzül gözlənilir

Tarix: 31 Mart 2022 18:30

2022-ci ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) istehsalı 10 % azalacağı proqnozlaşdırılır.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Regional Economic Prospekt" hesabatının mart sayında bildirilib.

Sənədə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalması nəticəsində 2023-cü ildə bu ölkədə iqtisadi durğunluq yaşanacaq ki, bu da Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinə də mənfi təsirini göstərəcək.

Bununla yanaşı, Rusiyanın hərbi müdaxiləsinə məruz qalan Ukraynada ÜDM-in bu il 20 % azalacağı, gələn il isə 23 % artacağı bildirilir.

Bütövlükdə Ukraynadakı müharibə nəticəsində dünya bazarında təklifin 1970-ci illərdən bu yana ən kəskin azalması, ərzaq, neft və qaz, metal kimi məhsulların bahalaşması üzündən xüsusilə az gəlirli ölkələrdə ciddi iqtisadi fəsadlar doğuracağı da qeyd olunur.

Milli.Az


Etiketlər:  Rusiyada iqtisadi tənəzzül gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ