Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 19:38
Bu gün Ermənistan paytaxtı İrəvanda 44 günlük Vətən müharibəsində itkin düşən hərbçilərin valideynləri hökumətin binasının qarşısında etiraz aksiyası keçirib.
Sonxeber.net "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, onlar Ermənistan rəhbərliyindən övladlarının harada olması sualına cavab tələb ediblər.
"168 jam" nəşrinin məlumatına görə isə aksiya zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb. Nəşr yazır ki, qarşıdurma valideynlərdən birinin polis əməkdaşlarına daş atmasından sonra baş verib. Daş atan şəxs saxlanılaraq polis bölməsinə aparılıb.