Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qardaşımız onları tək qoymadı - Ukrayna Türkiyəni qarant ölkə seçdi - VİDEO

Qardaşımız onları tək qoymadı - Ukrayna Türkiyəni qarant ölkə seçdi - VİDEO

Tarix: 31 Mart 2022 20:08

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra NTV telekanalına müsahibə verib.

Sonxeber.net xəbər verir ki, zamin olmaq istədikləri ölkələrdən birinin də Türkiyə olduğunu bildirən Podolyak, "Bir çox zamin olacaq dövlətlərlə müqavilələr imzalanacaq. Ölkəmizlə bağlı münaqişə yaranarsa, bu qarant ölkələr bizə kömək edəcək. Qarant ölkələr ya silah, ordu və ya maliyyə dəstəyi verəcək", - deyib. 

ABŞ, İngiltərə, Fransa, Almaniya və Türkiyənin qarant ölkələr arasında olduğunu bildirən Podolyak, "Türkiyənin bu sülh prosesində nə qədər səy göstərdiyini görürük. Türkiyə bu prosesdə ən fəal ölkələrdən biri idi və bu, çox böyük əhəmiyyət kəsb edirdi. Ən təsirlisi oldu, desəm, yanılmarıq" - deyib.

Türkiyə və Almaniyadan başqa Polşa, İsrail və Kanadanı da hərbi təminatçı hesab edən Podolyak "Çin və Rusiya da qarant ölkə olaraq təklifimizə daxildir. Bununla da məqsəd Rusiyanın təkcə Ukraynaya qarşı deyil, həm də ona qarşı öhdəliklərinin olmasıdır", - deyib.

Qarant ölkələrin nələrdən məsul olacağına toxunan Podolyak, "Müqavilənin mənası odur ki, hücum etmək niyyətində olan bir ölkə Ukraynanın tək olmayacağını, bunun yanında orduları və silahları olan başqa dövlətlərin də olacağını bilsin", - deyib.

Kamran Seyidov


Etiketlər:  Qardaşımız onları tək qoymadı Ukrayna Türkiyəni qarant ölkə seçdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ