Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu əraziləri qaytardı

Ukrayna bu əraziləri qaytardı

Tarix: 1 Aprel 2022 09:58

Ukrayna Silahlı Qüvvələri Çerniqovun şimalındakı Sloboda və Lukaşivka kəndlərini qaytarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, azad edilən kəndlər Çerniqovla Kiyev arasında əsas tədarük rotası üzərində yerləşir.

Həmçinin, Ukrayna Kiyevin şimalında və şərqində uğurlu, lakin məhdud nailiyyətlər əldə edib.

Vurğulanıb ki, Rusiyanın Çerniqov və Kiyevdə aktivliyini azaldacağı ilə bağlı iddialarına baxmayaraq, hər iki şəhər aviasiya və raket zərbələrinə məruz qalıb.

Milli.Az


Etiketlər:  Ukrayna əraziləri qaytardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ