Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 18:14
"Taliban" Əfqanıstan aviaşirkətlərinə qadınların kişi qohumu olmadan uçmalarını qadağan etməyi əmr edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
"Qadınların kişi qohumu olmadan nə daxili, nə də beynəlxalq reyslərdə uçmasına icazə verilir", - deyə "Ariana Afghan Airlines"ın işçilərinə yazdığı məktubda bildirilir.
"Kam Air" da "Taliban"dan eyni göstərişi alıb.
Anonim mənbələr "Reuters"ə bildiriblər ki, yeni məhdudiyyətlərin tətbiqi ilə aviabilet almış əfqan qadınlar uçuşa buraxılmırlar.
Sərəncamın xarici ölkə vətəndaşlarına aid olub-olmadığı bəlli deyil, lakin "France 24" telekanalının məlumatına görə, keçən həftə ABŞ pasportu olan bir əfqan qadının uçmasına icazə verilməyib.