Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 21:02
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Qarabağda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi davam etdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib", - deyə məlumatda deyilir.