Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 23:20
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında keçirilən danışıqlarda "düzgün ab-hava" yaradıb".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən brifinqdə deyib.
"Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Tam səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün olub. Bu, birmənalı müsbət qərardır.
Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilsə, biz bu təşəbbüsü yalnız alqışlayacağıq", - deyə Kuleba çıxışında bildirib.