Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 08:08
Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayında Rusiya ordusu sıralarına cəlb olunan hərbi çağırışçıların valideynlərinə müraciət edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində qeyd edib.
"Rusiyada orduya yaz çağırışı başlayıb, ənənəvi çağırış kimi görünsə də, həmişəkindən fərqlənir, çünki çağırışçılar bu il dövlətimizə və xalqımıza qarşı müharibəyə göndərilə bilər. Bu, çox gənc oğlanlar üçün zəmanətli ölümdür. Onlar vətəndaşımız olmasalar da, bizimlə müharibə aparan dövlətin vətəndaşlarıdırlar, yenə də insan kimi, xəbərdarlıq etmək bizim borcumuzdur. Hər bir çağırışçıya və onların valideynlərinə xəbərdarlıq edirəm: burada bizə yeni ölülər lazım deyil. Övladlarınıza diqqət yetirin ki, bədxah olmasınlar. Onları orduya göndərməyin. Bacardığınız hər şeyi edin ki, evdə, öz evlərində yaşasınlar", - Zelenski bildirib.