Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcını şillələyən Uill Smiti həbs etməyə polis gəlibmiş...

Aparıcını şillələyən Uill Smiti həbs etməyə polis gəlibmiş...

Tarix: 2 Aprel 2022 08:16

"Oskar" kino mükafatlarının prodüseri Uill Paker martın 27-də mükafatlandırma mərasimində Kris Roka şillə vuran aktyor Uill Smiti həbs etməyə polisin gəldiyini və şikayət olarsa, prosesi başlamağa hazır olduqlarını bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  o, bu barədə ABC televiziyasına danışıb.

Qeyd edib ki, polis Roka "Hazırda onu saxlamağa hazırıq. Şikayət edə bilərsiniz, onu nəzarətə götürə bilərik" deyib. K.Rok buna etiraz edib. Amma U.Paker təklif edib ki, U.Smit saxlanılsın.

O, bu hadisəni əvvəldən hazırlanan bir zarafat kimi başa düşüb. Daha sonra K.Rokdan, "O, səni həqiqətən vurdu?" soruşub. Rok isə cavabında, "Bəli, Məhəmməd Əlidən bir yumruq yedim" cavabını verib.

Xatırladaq ki, "Oskar"da K.Rok U.Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti "Əsgər Ceyn"lə müqayisə edib. Buna görə U.Smit K.Roku şillələyib, sonra isə üzr istəyib və haqlı olmadığını deyib.

Milli.Az


Etiketlər:  Aparıcını şillələyən Uill Smiti həbs etməyə polis gəlibmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ