Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? - Cəlilabaddakı qətlin təfərrüatı

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? - Cəlilabaddakı qətlin təfərrüatı

Tarix: 2 Aprel 2022 08:54

Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qətlə səbəb mülk davası olub.

Belə ki, qətli törədən, rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.

Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.


Etiketlər:  yaşlı kişi qardaşı arvadını niyə öldürüb Cəlilabaddakı qətlin təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ