Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada 140 ildə ilk dəfə yetkinlik yaşı azaldıldı

Yaponiyada 140 ildə ilk dəfə yetkinlik yaşı azaldıldı

Tarix: 2 Aprel 2022 10:50

Yaponiyada 140 ildə ilk dəfə olaraq yetkinlik yaşı 18-ə endirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya Ədliyyə Nazirliyinə istinadən "Japan Times" yayıb.

Məlumata görə, Mülki Məcəllənin hazırkı islahatına qədər ölkədə yetkinlik yaşı 20 yaş hesab olunurdu.

Sözügedən düzəliş qüvvəyə mindikdən sonra Yaponiyada gənclər 18 yaşından etibarən valideynlərinin razılığı olmadan qanuni müqavilələr bağlamaq hüququna malik olacaqlar. Bunlara mobil telefon almaq, avtomobil krediti və kredit kartları əldə etmək, mənzil kirayəsi ilə bağlı müqavilələr daxildir.

Milli.Az


Etiketlər:  Yaponiyada 140 ildə ilk dəfə yetkinlik yaşı azaldıldı


RƏYLƏR