Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 13:06
Son vaxtlar Bakı küçələrində "canlı heykəl" dolaşır.
Əsasən Bakının Nizami küçəsində (Tarqovu) olan "canlı heykəl" insanların böyük marağına səbəb olub.
Həmin küçədə "Çətirli qız" heykəlindən sonra "Çemodanlı adam" da peyda olub. Onların fərqi isə "Çemodanlı adam"ın canlı olmasıdır.
"Xəbər Ertəsi"nin əməkdaşlarının çəkilişi zamanı məlum olub ki, ideyanın müəllifi və "Çemodanlı adam" küçə sənəti ilə məşğul olan Pərviz Abdullayevdir. Aktyor və ssenarist olan P.Abdullayev "canlı heykəl" işini Türkiyədə eyni fəaliyyəti icra edən dostundan öyrənib və bunu Azərbaycana gətirmək qərarı verib.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: